"Neftçi" milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirəcək. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi "Araz-Naxçıvan" klubu ilə qarşılaşacaq.
Oktyabrın 2-də "Palms Sports" Futbol Mərkəzində baş tutacaq görüş saat 15:30-da start götürəcək.