NTD heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

 

Komanda ABŞ-dən olan basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb.

 

25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, mərkəz və ağır hücumçu mövqelərində çıxış edən Cey-Kuan Yuinq ötən mövsümü ABŞ-də "Saint Peter"s Peacocks" komandasında keçirib.