Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Füzulidəki Köndələnçay su anbarında start götürən və Mingəçevirdə yekunlaşan yarışı 22 medalla başa vurublar.

 

Mükafatlardan 7-nin əyarı qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.

 

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.