"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan idmançıları daha üç medal qazanıblar. Sport24.az xəbər verir ki, 2008-2009 təvəllüdlülərin yarışında 500 metr məsafəyə 1 nəfərlik kayakda Əlimurad Hacızadə birinci olub.
Qiyas Əhmədov ikinci, Tengiz Qaqnidze isə üçüncü yeri tutub.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.