Argentina millisi yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, sözügedən komanda Boliviya ilə qarşılaşıb. Matç "tanqoçular"ın darmadağını ilə başa çatıb – 4:0.
Qolları Lautaro Martines, Niko Paz, Kristian Romero və Xose Lopes vurub.
Argentina oktyabrın 6-da Beninlə üz-üzə gələcək. Bu yoldaşlıq görüşü Lionel Messinin millidəki vida matçı olacaq.
Qeyd edək ki, Messi Boliviya ilə oyunda iştirak etməyib.