Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus və Portuqaliya Futbol Federasiyasının rəhbəri Pedro Proensa, Millətlər Liqası çərçivəsində Danimarkaya qarşı keçiriləcək oyundan əvvəl Kriştiano Ronaldonu yığmada qalmağa razı salmaq məqsədilə tələsik Kopenhagen hava limanına yollanıblar. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 41 yaşlı portuqaliyalı futbolçu fikrini dəyişməkdən imtina edib, onları dinləməyib, şəxsi təyyarəsinə minərək ölkəni tərk edib.
Qeyd edək ki, sentyabrın 30-da Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus mətbuat konfransında Ronaldonun bu gün Danimarkaya qarşı keçiriləcək oyunu buraxacağını açıqlayıb. Bundan sonra hücumçu milli komandanın düşərgəsini tərk etmək qərarını elan edib və gedişi ilə bağlı həqiqəti vaxtı gələndə açıqlayacağına söz verdi.
Ronaldo yığmada 234 oyun keçirib və 146 qol vurub. O, milli ilə 2016-cı ildə Avropa çempionu olub və iki dəfə Millətlər Liqasının qalibi adını qazanıb.