MLS-də yeni bir ulduz parlayır. Sport24.az xəbər verir ki, sentyabrın 28-də 17 yaşı tamam olan "Filadelfiya Union" klubunun yarımmüdafiəçisi Kavan Sallivan növbəti rekorda imza ataraq liqa tarixini yenidən yazmaqda davam edir.

 

Gənc futbolçu sentyabr ayı üzrə "ayın oyunçusu" seçilərək, turnir tarixində bu nüfuzlu mükafata layiq görülən ən gənc oyunçu olub.

 

Bu Sallivanın ardıcıl dörd oyun möhtəşəm çıxışı sayəsində mümkün olub. O, dörd qol və beş məhsuldar ötürmə ayın ən yaxşısı olub. 

 

Qeyd edək ki, Sallivan bir həftə əvvəl  ABŞ millisində debüt edib.