UEFA Millətlər Liqasının A Liqasında keçiriləcək Belçika – Türkiyə qarşılaşmasının baş hakimi açıqlanıb. Sport24.az xəbər verir ki, oktyabrın 2-də baş tutacaq görüşü norveçli hakim Rohit Saggi idarə edəcək.
Qarşılaşma Belçikanın Lyej şəhərindəki "Maurice Dufrasne" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Türkiyə Millətlər Liqasının ilk iki turunda Fransa və İtaliyaya məğlub olub. Belçika isə İtaliyanı 2:0 hesabı ilə məğlub edib, Fransaya 0:1 uduzub.
Qeyd edək ki, Rohit Saggi daha əvvəl də Türkiyə millisinin oyununu idarə edib. Norveçli referi 2024-cü ildə Uels – Türkiyə matçında baş hakim olub.