Rusiya millisinin və ÇSKA(Moskva) klubunun üzvü İvan Oblyakov karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, 28 yaşlı futbolçu "Beşiktaş"a keçmək variantına sahibdir.

 

Onun ÇSKA ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. Oblyakov "Beşiktaş"a keçməyə müsbət yanaşıb.

 

Hazırda klublar arasında danışıqlar gedir. "Zenit"in yetirməsi olan rus futbolçu 2018-ci ildə "Ufa"dan ÇSKA-ya keçib.

 

Qeyd edək ki, bu yay Rusiya millisinin üzvü Aleksey Batrakov "Lokomotiv"dən "Qalatasaray"a keçib.