Türkiyə millisi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "ay ulduzlular"ın futbolçusu Orkun Kökçü sıradan çıxıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi millidən çıxarılıb. O, oktyabrın 2-də Belçika, 5-də isə İtaliya ilə matçda iştirak etməyəcək.
Qeyd edək ki, Türkiyə yığması Millətlər Liqasında buna qədər Fransaya 0:1, İtaliyaya isə 1:4 hesabıyla uduzub.