"Bavariya" "Fulhem"in qapıçısı Bernd Lenonu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Bavariya" 34 yaşlı alman qapıçını 2027/28 mövsümündə Yonas Urbik üçün ehtiyat variant kimi nəzərdən keçirir.
Lenonun "Fulhem"lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin London klubu sazişi daha bir il uzatmaq hüququna malikdir. Bununla belə, qapıçının özü Münhenə keçməyə müsbət yanaşır. Almaniyaya qayıtmaq ona ailəsinə daha yaxın olmaq imkanı verəcək.
Leno daha çox Leverkuzen "Bayer"indəki çıxışı ilə tanınır. O, əvvəlcə "Ştutqart"dan icarə əsasında bu komandada oynamış, daha sonra isə əsas qapıçı kimi mövqeyini möhkəmlətmişdi. 2018-ci ildə "Arsenal"a keçərək orada dörd mövsüm keçirən qapıçı, 2022-ci ildə "Fulhem"ə qoşulub.
Leno Almaniya millisində debütünü 2016-cı ildə edib və indiyədək yığmanın heyətində 9 oyun keçirib.
Qeyd edək ki. qolkiper 2025/26 mövsümündə 38 matçda 51 qol buraxıb.