"Sabah"ın qolkiperi Stas Pokatilovun şərəfini qoruduğu Qazaxıstan milli komandası növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda Millətlər Liqasının C Liqasının 3-cü qrupunda Slovakiyanın qonağı olub.

 

Görüş slovakların qələbəsiylə başa çatıb – 2:1.

 

Pokatilov start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

 

Qeyd edək ki, Qazaxıstan hazırda qrupda bir xalla üçüncü yerdədir.