Bu gün U-21 Avropa çempionatının seçmə mərhələsində 9-cu turun oyununa çıxacaq. Sport24.az xəbər verir ki, ümid yığmamız səfərdə Şotlandiya ilə üz-üzə gələcək.

 

Kilmarnok şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Qeyd edək ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda 8 oyundan sonra 7 xalla qrupda 5-ci, Şotlandiya isə 11 xalla 4-cü pillədədir. Oyunun baş hakimi noveçli Matyas Ştofrinşaudur.