İngiltərə Premyer Liqası (EPL) "Mançester Siti"yə qarşı maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamlarla əlaqədar bəyanat yayıb. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti paylaşım edib.
EPL klubu "Maliyyə Feyr-Peyi" (FFP) qaydalarını pozmaqla bağlı bütün maddələr üzrə təqsirli bilib.
Qeyd olunur ki, "Şəhərlilər" klubun gəlirlərini süni şəkildə artırmağa və xərclərini isə olduğundan az göstəriblər.
Söhbət ümumilikdə 900 milyon funt-sterlinqdən çox vəsaitdən gedir. Bu addım maliyyə qaydalarına riayət olunduğu təəssüratını yaratmaq üçün zəruri olub.