"Tottenham"ın keçmiş baş məşqçisi Harri Redknapp müvafiq qurumları maliyyə pozuntularına görə "Mançester Siti"ni City"ni çağırıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "The Sun"a açıqlamasında bildirib:
"Mançester Siti"nin Premyer Liqa tərəfindən irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilinməsi futbol dünyası üçün sarsıdıcı bir məqamdır. Bunun nə dərəcədə genişmiqyaslı ağır nəticələrə səbəb olacağını və ya neçə nəfərə təsir edəcəyini təsəvvür etmək çətindir. Əgər "Siti"nin apellyasiya şikayəti rədd edilərsə, bir çoxları təzminat tələb etmək hüququna malik olduqlarını düşünəcəklər və mən də onlardan biriyəm.
"Mançester Siti" cəzalandırılmalıdır və bu başqalarına dərs olmalıdır".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilinir. Buna görə, klubu ağır cəzalar özləyir.