Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo Millətlər Liqası çərçivəsində Norveçə qarşı keçirilən oyunda (2:1) baş məşqçi Jorje Jezusun onu ehtiyatda saxlamaq qərarından narazı qalıb. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Jezus əvvəlcə 41 yaşlı hücumçunu Osloda meydana buraxmağı planlaşdırmayıb. Daha sonra məşqçi Kriştianoya ona ikinci hissədə təxminən 30 dəqiqə şans verəcəyini bildirib.
Ronaldo isinmə hərəkətləri etsə də, meydana çıxmayıb – Ronaldo on 18 ildə rəsmi oyunlarda ilk dəfə belə halla üzləşib. Oyun bitdikdən sonra ulduz futbolçu məyusluğunu gizlətməyib və azarkeşlərə məhəl qoymadan birbaşa paltardəyişmə otağına yollanıb. Ötən gün sentyabrın isə o, komandanın məşqinə qoşulmayıb, məşq zalında fərdi hazırlığa üstünlük verib.
Buna cavab olaraq, Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa təcili Kopenhagenə – Portuqaliya millisinin oktyabrın 1-də Danimarka ilə qarşılaşacağı şəhərə səfər edib. Portuqaliya mətbuatının məlumatına əsasən, üçtərəfli müzakirə uğurlu keçib və münaqişənin həll olunması ilə nəticələnib.