"Kəpəz"dən ayrılan Məqsəd İsayev karyerasını Gəncənin digər təmsilçisi "Gəncəbasar"da davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında ilkin razılıq əldə olunub.

Keçidin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

 

Qeyd edək ki, İsayev 2025-ci ilin yayında "Kəpəz"ə transfer olunub. O, cari ilin aprelində çarpaz bağlarından əməliyyat keçirib və uzun müddət yaşıl meydanlardan uzaq qalıb.