Xorvatiya üzərindəki qələbədən (4:1) sonra İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Qızıl Top"u (Ballon d'Or) ispan futbolçunun qazanmalı olduğunu bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb:
"Qızıl top"u ispaniyalı futbolçu qazanmalıdır. İspan futbolçular dünyanın ən yaxşılarıdır. Söhbətin Fabian, Lamin, Rodri, Kukurelya və ya Ferrandan getməsinin fərqi yoxdur. Ümid edirəm ki, onların nailiyyətləri layiqincə qiymətləndiriləcək.
Gələcəkdə Yamalın gördüyü işlər daha yüksək qiymətləndiriləcək. Onun kimi bir oyunçumuzun olması bizim üçün şansdır".
Qeyd edək ki, sentyabrın 8-də "France Football" jurnalı bu il üçün "Qızıl top"a (Ballon d'Or) namizədlərin siyahısını açıqlayıb. Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.