"Fulhem"in keçmiş yarımmüdafiəçisi Brayan Ruis Kosta-Rika millisinin müvəqqəti baş məşqçisi təyin edilib. O, komandaya KONKAKAF Millətlər Liqasının qalan oyunlarında rəhbərlik edəcək. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Kosta-Rikanın baş məşqçisi Fernando Batista vəzifəsindən azad edib. Onun məşqçilər korpusu da yola salınıb.
41 yaşlı Ruis karyerası ərzində "Gent", "Tvente", "Fulhem", PSV, "Sportinq" və "Santos" klublarında çıxış edib. Yarımmüdafiəçi Kosta-Rika milli komandasının heyətində 147 oyun keçirib və 29 qol vurub.
Qeyd edək ki, Brayan 2022-ci ilin sonunda peşəkar futbolçu karyerasını başa vurub. O, məşqçilik fəaliyyətinə həm futbolçu kimi başlayıb, həm də karyerasını yekunlaşdırdığı doğma "Alaxuelense"də start verib. Milliyə müvəqqəti baş məşqçi təyin olunmazdan əvvəl Ruis "Alaxuelense"nin əvəzedici komandasına rəhbərlik edib və sentyabrda əsas komandasında müvəqqəti baş məşqçi vəzifəsini icra etməyə başlayıb.