"İnter"dən ayrıldıqdan sonra klubsuz olan Matteo Darmian A Seriyasına qayıdır. Sport24.az xəbər verir ki, italiyalı müdafiəçi "Bolonya" ilə anlaşıb.

 

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

 

36 yaşlı sağ cinah müdafiəçisi A Seriyası klubu ilə 2026/27 mövsümünün sonuna kimi nəzərədə tutulan müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Matteo Darmian 2020-ci ilin yayından "İnter"də çıxış edirdi. İtaliya millisinin sabiq üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 218 rəsmi matçda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.