"Barselona"nın hücumçusu Rafinya Braziliya millisinin Avstraliya ilə yoldaşlıq görüşündə zədələnib. Sport24.az xəbər verir ki, 29 yaşlı futbolçu sağ bud nahiyəsində narahatlıq hiss edib.
Bu səbəbdən Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti onu fasilədə əvəzləməli olub.
Rafinya ilk hissənin əlavə vaxtında penaltidən komandasının ikinci qolunu vurub. Görüşün 70-ci dəqiqəsində Bruno Gimaraynş Braziliyanın üçüncü qolunu vurub və hesab 3:2 olub.
Oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.
Rafinya 2026/27 mövsümündə klub və milli komandada keçirdiyi 10 oyunda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.