"Arsenal"ın kapitanı Martin Edeqor klubla müqaviləsinin müddətini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib.

 

Norveçli yarımmüdafiəçinin İngiltərə çempionu ilə mövsüm anlaşması 2028-ci ilin 30 iyun tarixində başa çatır. Klub 27 yaşlı futbolçu ilə yaxın vaxtlarda yeni uzunmüddətli sözləşmə imzalayacaq.

 

London nəhəngi daha əvvəl Səudiyyə Ərəbistanı klublarından və Avropanın böyük komandalarından təcrübəli hücumameyilli yarımmüdafiəçi ilə bağlı daxil olan bir neçə təklifi rədd edib.

 

Qeyd edək ki, "Arsenal" Martin Edeqoru 2021-ci ilin yanvarında "Real"dan transfer edib. Norveç millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 4 qol vurub.