"Sumqayıt" heyətinə yeni basketbolçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhəri" təmsilçisi Azər Əzimovla anlaşıb.
O, daha əvvəl "Lənkəran", "Sərhədçi" və "Gəncə" klublarında çıxış edib.
Qeyd edək ki, Əzimov eyni zamanda Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının formasını geyinib.