İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel bildirib ki, beynəlxalq oyunlara görə çempionatlarda yaranmış fasilə dövründə heyətini rotasiya etməyi və klub məşqçiləri ilə oyunçu dəqiqələri barədə danışmağı "dəlilik" hesab edir. Sport24.az xəbər verir ki, o, klubda olduğu müddətdə heç vaxt milli komanda məşqçilərinə zəng etmədiyini və indi isə klub məşqçiləri ilə danışmaq niyyətində olmadığını bildirib:

 

"Premyer Liqa məşqçilərindən zəngləri qəbul etmirəm. Heç vaxt heç bir milli komandanın baş məşqçisinə zəng etməmişəm. Çünki futbolçuların oyun dəqiqələrini idarə edə bilmərik, onlar millinin düşərgəsindədir və orada baş məşqçi var. Bu, sadəcə mümkün deyil. Niyə oyunçulara bir oyun üçün istirahət edə biləcəkləri təəssüratını verməliyəm? Mən bunu heç vaxt etməzdim. Bu, "dəlilik"dir. Növbəti oyunda qalib gəlmək istəyirik".