"Polymarket" portalı 2026-cı il "Qızıl top" mükafatına namizədlərin reytinqini açıqlayıb. Sport24.az xəbər verir ki, dünya futbolunun ən nüfuzlu fərdi mükafatına ümumilikdə 30 oyunçu namizəd göstərilib. Qalib oktyabrın 26-da Londonda keçiriləcək xüsusi mərasimdə elan olunacaq.
Mənbənin sözlərinə əsasən, mükafata əsas iki namizəd "Barselona" və İspaniya yığmasının oyunçusu Lamin Yamal və "Bavariya" və İngiltərə yığmasının hücumçusu Harri Keyndir. Onların qalib gəlmək ehtimalı müvafiq olaraq 44 və 42 faiz qiymətləndirilir. Siyahıda növbəti yerləri Argentina ilə DÇ-2026-nın finalçısı olan Lionel Messi (5%) və "Real" fransalı hücumçusu Kilian Mbappe (5%) tutur.
"Polymarket"ə görə 2026-cı il "Ballon d'Or" mükafatına əsas 7 namizəd (28 sentyabr):
1. Lamin Yamal — 44%.
2. Harri Keyn — 42%.
3. Lionel Messi — 5%.
4. Kilian Mbappe — 5%.
5. Rodri — 3%.
6. Xviça Kvaratsxeliya — 1%.
7. Usman Dembele — 1%.
Mənbənin proqnozlarına görə, qalan 23 namizədin qalib gəlmək ehtimalı 1 faizdən azdır.