Fransanın "Havr" klubunun baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, komandanın "sükanı" Valerien İsmaelə tapşırılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın müddəti mövsümün sonuna kimidir.

 

İsmael daha əvvəl İngiltərədə "Blekbern", "Uotford", Türkiyədə "Beşiktaş", Avstriyada LASK, Almaniyada "Volfsburq" kimi klublarda çalışıb.

 

"Havr" Fransa çempionatında 10 turdan sonra 2 xalla 18-ci sıradadır.