"Çelsi"nin sol cinah yarımmüdafiəçisi Ceymi Bayno-Gittens qış "transfer pəncərəsi" dövründə London klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

Mənbənin bildirdiyinə görə, "Napoli" 22 yaşlı ingilis futbolçu ilə bağlı sorğu göndərib.

 

Qeyd edək ki, London klubu bu cinah oyunçusunu 2025-ci ilin yayında 56 milyon avro qarşılığında Dortmund "Borussiya"sından transfer edib. Yarımmüdafiəçi cari mövsümdə iki oyuna çıxıb, lakin nə qol vurub, nə də məhsuldar ötürmə edə bilib.