"Fulham" "Betis"in yarımmüdafiəçisi Rodriqo Rikelmeyə ciddi maraq göstərir və yanvar "transfer pəncərəsi"ndə onu heyətinə qatmağı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Fulhem"dən başqa 26 yaşlı Rikelme ilə "Koventri", "Roma", "Napoli", "Lazio" və bəzi "Bundesliqa" klubları da maraqlanır. "Betis"in oyunçunun dəyərini ən azı 20 milyon avro olaraq müəyyən edib. Rikelmenin müqaviləsi 2030-cu ilə qədər qüvvədədir ki, bu da kluba danışıqlarda üstün mövqe qazandırır.

 

Məsələni mürəkkəbləşdirən amil odur ki, oyunçunun satış hüququnun 50 faizi "Atletiko"ya məxsusdur. Hər hansı satış hər iki klubun razılığını tələb edir və hər iki tərəf bu sövdələşmədən gəlir əldə etməyə çalışır. 

 

Qeyd edək ki, yarımmüdafiəçi 2026/27 mövsümündə meydana çıxdığı 15 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.