Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) beynəlxalq arenada baş verən təxribatçı hərəkətlərlə bağlı quruma rəsmi müraciət ünvanlayıb. Sport24.az xəbər verir ki, qurum noyabrın 12-də UEFA Millətlər Liqasının C2 qrupu çərçivəsində keçirilən Ermənistan – Kipr matçında tribunada nümayiş etdirilən təxribat xarakterli pankart və simvollarla əlaqədar UEFA-ya etiraz məktubu göndərib.

 

Açıqlamada qarşılaşma zamanı stadionda Azərbaycan ərazisində mövcudluğuna son qoyulmuş qondarma separatçı rejimin adının və qanunsuz bayrağının əks olunduğu simvolların sərgiləndiyi bildirilib. AFFA bu cür halların beynəlxalq futbol matçlarında baş verməsini qəbuledilməz adlandıraraq qəti etirazını ifadə edib.