Türkiyə yığması UEFA Millətlər Liqasında ardıcıl ikinci oyunda uduzub. Sport24.az xəbər verir ki, "ay ulduzlular" I turda Fransaya 0:1, dünən isə İtaliyaya 1:4 hesabıyla məğlub olub.

 

Komandanın baş məşqçisi Vinçenso Montella matçdan sonra komandanın uğursuz çıxışına baxmayaraq, istefa verməyi düşünmədiyini deyib:

 

"İstefa haqqında düşünmürəm. Gördüyümüz işlərə inanıram. Yaxşı təkliflərim olanda da getmədim, indi də getmirəm. Futbolçularıma inanıram. Bu yerlərə necə gəlmişiksə, elə də davam edəcəyik".

 

Qeyd edək ki, Türkiyə yığması oktyabrın 2-də Belçikanın qonağı olacaq.