"Fənərbağça" bir müddət əvvəl yollarını ayırdığı Dirk Kuyta təzminat ödəyib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Xəbərdə İstanbul təmsilçisinin 46 yaşlı mütəxəssisə 1 milyon 125 min avro kompensasiya ödədiyi bildirilib.

 

Kuyt mövsümün əvvəlindən komandada çalışırdı. O, baş məşqçi İsmail Kartalın köməkçisi olub. Kartalın istefasından sonra isə kollektivi iki oyuna çıxarıb.

 

"Fənərbağça" Super Liqada 11 turdan sonra 19 xalla 6-cı sıradadır.