Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında uğurlu çıxışlarını davam etdirirlər. Sport24.az xəbər verir ki, batut növündə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46,160 xal toplayaraq bürünc medal qazanıblar.

 

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev təsnifat mərhələsində 48,960 xalla 4-cü pillədə qərarlaşaraq finala yüksəliblər.

 

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında ölkəmizi təmsil edən Əsnad Niftiyeva isə 42,700 xalla 8-ci nəticəni göstərərək final mərhələsinə vəsiqə əldə edib. Gimnastlarımız yarışda mübarizələrini davam etdirirlər.