Niderland millisi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın hücumçusu Kodi Qakpo sıradan çıxıb.

 

Bu barədə Niderland Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Serbiya ilə Millətlər Liqası matçında zədələnən Qakpo heyətdən çıxarılıb.

 

Yığmanın baş məşqçisi heyətin yetərli olduğunu bildirib və hücumçunun əvəzinə kiməsə dəvət göndərməyib.

 

Qeyd edək ki, Niderland Millətlər Liqasında III turda oktyabrın 1-də Yunanıstanla qarşılaşacaq. IV turda isə rəqib Serbiya olacaq.