"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Arsenal" və "Real"ın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilinməsindən sonra hər iki klub 26 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
"Şəhərlilər" isə qərardan şikayət etməyə hazırlaşır.
Premyer Liqanın qaydalarına əsasən, pozuntular sübuta yetirildiyi təqdirdə cəzanı xüsusi komissiya müəyyən edir. Potensial sanksiyalar xəbərdarlıq və cərimələrdən tutmuş, xalların silinməsi və hətta liqadan kənarlaşdırılmaya qədər dəyişə bilər. Bundan başqa klubun titullarının da əlindən alınmaq təhlükəsi var.
Qeyd edək ki, Haaland cari mövsümdə bütün turnirlərdə 7 oyun keçirib və 7 qol vurub.