Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib. Bu barədə bölgə təmsilçisi məlumat yayıb.

 

Gözlənildiyi kimi, komanda Röyal Nəcəfovla müqavilə imzalayıb. Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək.

 

Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.