"Qarabağ" klubu futbolçusu Marko Yankoviçlə bağlı yeni qərar verməyə hazırlaşır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi monteneqrolu yarımmüdafiəçiyə yeni müqavilə təklif etmək niyyətindədir.
Klub Yankoviçi ən azı 2027/28 mövsümünün sonuna qədər komandada saxlamağı planlaşdırır. Bu məqsədlə futbolçuya yeni sözləşmə təklifinin hazırlanması gündəmdədir.
Lakin Yankoviçin özü hələlik gələcəyi ilə bağlı qərar verməyə tələsmir. Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılmaq variantını nəzərdən keçirən 31 yaşlı futbolçu daha sərfəli təklif alacağı təqdirdə Ağdam klubu ilə yollarını ayırmağı düşünür.
Bu səbəbdən Yankoviçin qış transfer pəncərəsində və ya mövsümün sonunda "Qarabağ"dan ayrılması ehtimalı da qalır.
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"ın formasını geyinən Marko Yankoviçin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.