FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. Sport24.az xəbər verir ki, səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır.
Bu gün ilk olaraq Hövsanda inşa olunan meydançalara baxış keçirilib.
İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidentini təxminən iki aya görülən işlər təəccübləndirib. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.
Hövsanda İnfantinonu AFFA rəsmiləri müşaiyət edib.