"Qarabağ"ın futbolçusu Renaldo Sefas zədələnib. Sport24.az xəbər verir ki, Yamayka millisinin düşərgəsində olan vinger KONKAKAF Millətlər Liqasında Hondurasla matçda sıradan çıxıb.

 

O, görüşün 12-ci dəqiqəsində ayağından zədə alıb və əvəzlənib.

 

Sefasın durumu tibbi müayinədən sonra bilinəcək.

 

Qeyd edək ki, Vinger bir neçə gün əvvəl Yamaykanın Qvatemalanı məğlub etdiyi matçda (3:2) qol vurmuşdu.