Çexiyanın "Slaviya" klubunun əsas komandasının rəhbəri Stanislav Vlçek cəzalandırılıb. Sport24.az-ın məlumatına görə, buna 50 yaşlı veteran futbolçunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Lens"lə keçirilən qarşılaşmada qeyri-etik davranışı səbəb olub.
UEFA intizam qaydalarını pozduğuna görə Vlçekə 1 oyunluq cəza verib.
Çexiya millisinin sabiq üzvü cəzasını "Sabah"la matçda çəkəcək.
Beləliklə, Vlçek Bakıdakı qarşılaşmada komandanın yanında ola bilməyəcək.
Qeyd edək ki, Stanislav Vlçek 2004-2007-ci illərdə "Slaviya"nın futbolçusu olub.
Xatırladaq ki, "Slaviya" oktyabrın 13-də Bakı Olimpiya Stadionunda "Sabah"ın qonağı olacaq.