Rahim Sterlinq Liqa 1-də çıxış edən iki kluba təklif olunub. Sport24.az xəbər verir ki. bu barədə "Foot Mercato" məlumat yayıb.

 

31 yaşlı ingilis futbolçu üçün variantlardan biri "Havr" klubu idi. Lakin klub cinah oyunçusunu heyətinə qatmaqdan imtina edib. Adı açıqlanmayan ikinci Fransa klubu da futbolçunun xidmətində maraqlı olmadığı bildirilir.

 

Qeyd edək ki, hazırda azad agent statusu daşıyan futbolçu karyerası ərzində "Liverpul", "Mançester Siti", "Çelsi", "Arsenal" və "Feyenoord" kimi klubların formasını geyinib.