Misli Premyer Liqasının ilk 6 turundan sonra ən çox qurtarış edən qapıçılar müəyyənləşib. Sport24.az bununla bağlı araşdırma aparıb.
Siyahıya "Şamaxı"nın qapıçısı Rikardo Fernandes başçılıq edir. Portuqaliyalı qolkiper mövsümün ilk 6 turunda 22 seyvlə yadda qalıb.
"Kəpəz"in qapıçısı Rojerio Santos isə bu göstəricidə ikinci pillədə qərarlaşıb. Digər portuqaliyalı qapıçı keçirdiyi oyunlarda 21 dəfə komandasını qoldan xilas edib.
Beləliklə, ilk 6 turdan sonra ən çox qurtarış edən qapıçılar arasında cəmi 1 seyvlə fərqlənən iki portuqaliyalı öndədir.
Qeyd edək ki, Misli Premyer Liqasında 7-ci tura oktyabrın 9-da start veriləcək.