NTD daha üç yerli basketbolçunu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Hüseyn Qaflanov, Maqsud Hümmətov və Məhəmməd Hüseynli ilə anlaşma əldə olunub.
Onların müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, gənc basketbolçular peşəkar karyeralarına məhz NTD-də başlayıblar.