"Liverpul" "Klub Tixuana" və Meksika millisinin 17 yaşlı yarımmüdafiəçi Cilberto Moranın transferində maraqlıdır. Sport24.a "Football Insider"-ə istinadən xəbər verir ki, "qırmızılar" gənc oyunçu uğrunda mübarizədə PSJ-dən daha şanslı görünür.

 

Mənbə sözlərinə görə, Moranın 2027-ci ilin yayında Avropa klubuna keçməsi gözlənilir. "Liverpul" qış tranfer dönəmində onu "rənglərinə bağlamaq" istəsə də, Meksika klubu oyunçunu mövsüm başa çatdıqdan sonra – bazar dəyərinin zirvəyə çatacağı vaxtda – satmağı planlaşdırır.

 

Qeyd edək ki, Mora bu yay millinin heyətində DÇ-2026-da iştirak edib. 17 yaşlı dünya çempionatında dörd oyuna çıxıb.