Bosniya və Herseqovina millisinin futbolçusu Nihad Mujakiçin "Qarabağ"a transferinin niyə baş tutmadığı ilə bağlı detallar müəyyənləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi iyul ayında 28 yaşlı müdafiəçinin keçidinə çox yaxın olub.
Hətta həmin vaxt "Qarabağ" futbolçunun klubu "Partizan"la keçidlə bağlı böyük ölçüdə razılığa gəlib. Lakin danışıqların son mərhələsində tərəflər arasında maaş məsələsində anlaşma əldə olunmayıb.
Məlumata görə, Mujakiç illik 490-500 min avro civarında məvacib tələb edib. Bu məbləğlə bağlı razılığın əldə olunmaması nəticəsində bosniyalı müdafiəçinin Ağdam klubuna keçidi baş tutmayıb.
Nəticədə futbolçu karyerasını Türkiyədə davam etdirmək qərarına gəlib. "Erzurumspor" Mujakiçin transferi üçün "Partizan"a 400 min avro ödəyib və 28 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Beləliklə, yay "transfer pəncərəsi"ndə "Qarabağ"ın heyətinə qatılması gözlənilən Mujakiçin keçidi maaş məsələsində yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.