"Botev" futbol klubunun prezidenti İliyan Filipov sentyabrın 30-na keçən gecə Plovdivdə vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

 

Hadisə Filippov futbol matçından sonra piyada evə qayıdarkən baş verib. İlkin məlumatlara əsasən, ölümə səbəb baş nahiyəsindən alınan güllə yarası olub.

 

Polis və prokurorluq nümayəndələri keçirilən brifinqdə qətl faktını təsdiqləsələr də, istintaqın məxfiliyini əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina ediblər. Hazırda hadisə yerində prosessual və istintaq hərəkətləri aparılır.  Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bütün mümkün versiyaları araşdırırlar.

 

Qeyd edək ki, Filippov həmçinin tanınmış iş adamı, nəqliyyat və tikinti şirkətlərinin sahibi idi.