Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2026"nın ikinci gününün ilk yarısında daha üç medal qazanıblar. Sport24.az xəbər verir ki, Qiyas Əhmədov və Tengiz Qaqnidze iki nəfərlik kayak qayığında 500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində birinci olublar.
Eyni kateqoriyada çıxış edən Nuran Rəhimli və Elvin Əliyev isə yarışı üçüncü pillədə başa vurublar.
Hüseyn Səmədli də günün medalçıları sırasında yer alıb. O, bir nəfərlik kanoe qayığında 1000 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançıların yarışında bürünc medal qazanıb.
Qeyd edək ki, reqatanan ilk günündə - Köndələnçay su anbarında keçirilən yarışda Azərbaycan avarçəkənləri bir qızıl, bir gümüş və iki bürünc medal əldə ediblər.Yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.