"Real"ın futbolçusu Raul Asensio əməliyyat olunacaq. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bir müddətdir, zədəli olan müdafiəçinin yaxın zamanda əməliyyat ediləcəyi bildirilib.
Asensionun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.
Qeyd edək ki, müdafiəçi ötən mövsümün sonundan zədəlidir. O, bu il meydana çıxmayıb.