"Trabzonspor" icarə əsasında komandada çıxış edən Andre Onananın transfer hüquqlarını almaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qaradəniz təmsilçisi kamerunlu qolkiperi birdəfəlik transfer edib, onunla 5 illik müqavilə imzalamaq niyyətindədir.
"Mançester Yunayted" Onananı satmağa razıdır. Klub onun üçün 10 milyon avro transfer haqqı tələb edir.
Qeyd edək ki, 30 yaşlı qapıçı 2025-ci ildən "Trabzonspor"da forma geyinir.