Xankəndi" futbol klubunun yeni baş məşqçisi Röyal Nəcəfovun köməkçiləri müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Seymur Şəbiyev və Aydın Qasımov baş məşqçinin köməkçiləri təyin olunublar.
Əli Əliyev fitness məşqçisi, Seymur Baydəmirov isə qapıçılar üzrə məşqçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, "Xankəndi" Röyal Nəcəfovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.