"Lixtenşteyn Bakıda yaxşı nəticə qazanmaq istəyir".

 

Sport24.az xəbər verir ki, bu barədə Lixtenşteyn millisinin futbolçusu Alesio Bakıdakı mətbuat konfransında deyib.

 

O, Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:

 

"Oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. Buraya uzun səfərlə gəlmişik. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqinin güclü və zəif tərəflərini bilirik. Əlimizdən gələni etməyə çalışacağıq".

 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək D Liqasının 2-ci qrupununun Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da start götürəcək.